Almaniya Rusiya ərazisinə dərin zərbələr endirmək məsələsində ABŞ-da fikir ayrılığına işarə edibbackend

Almaniya Rusiya ərazisinə dərin zərbələr endirmək məsələsində ABŞ-da fikir ayrılığına işarə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Qərb silahları ilə Rusiya ərazisinə zərbələr endirməsi ilə bağlı mövqelər birbaşa olaraq Pentaqon rəhbəri Lloyd Ostin və ABŞ dövlət katibi Antoni Blinken arasında ziddiyyət təşkil edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə biznesmen və ən böyük fayl hostinqi Megaupload xidmətinin keçmiş sahibi Kim Dotcom “X” (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Niyə Amerikanın Rusiyanın dərinliklərinə uzaq mənzilli raket zərbələri yenidən müzakirə olunur? Deyəsən, Ostin nüvə müharibəsindən qaçmaq istəyir, Blinken isə yox”, – alman biznesmen deyib.

Onun sözlərinə görə, Blinken faktiki olaraq Ostinin dünyada vəziyyətin gərginləşməsini azaltmaq üçün tədbirlərini ləğv edir.