Almaniyanın daxili kəşfiyyat idarəsi Rusiyanın Baş Kəşfiyyat İdarəsinin 29155 saylı hərbi hissəsi ilə əlaqəsi olan kiber qruplaşmanın NATO və Aİ ölkələrinə qarşı kiberhücumlar həyata keçirdiyini bildirərək xəbərdarlıq edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsi (Bundesverfassungsschutz) FTB, ABŞ Kibertəhlükəsizlik Agentliyi CISA, NSA və digər beynəlxalq tərəfdaşlarla birlikdə UNC2589 qrupuna xəbərdarlıq edib.
Qeyd olunur ki, qrupun aid olduğu QRU bölməsi 2018-ci ildə Böyük Britaniyada rusiyalı ikili agent Sergey Skripaç və onun qızı Yuliyanın zəhərlənməsində əli olmaqda şübhəli bilinir.
Alman agentliyinin məlumatına görə, 2022-ci ilin əvvəlindən kiberqrupun əsas məqsədi açıq şəkildə casusluq etmək və Ukraynaya yardım axınının qarşısını almaq olub.