Almaniya Rusiyadan ölkədəki 4 baş konsulluğunun bağlanmasını tələb etdibackend

Almaniya Rusiyadan ölkədəki 4 baş konsulluğunun bağlanmasını tələb etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya hökuməti Rusiyadan bu ölkədəki 4 baş konsulluğunun ilin sonuna qədər bağlanmasını istəyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger Berlində keçirilən mətbuat konfransında məlumat verib.

O, Rusiyanın aprel ayında Rusiyada alman kadrlarının olmasını 350 nəfərlə məhdudlaşdırmaq qərarına gəldiyini və bu rəqəmə səfirlik və konsulluqlarda çalışanlar, həmçinin Rusiyadakı alman məktəblərində və Höte İnstitutunda çalışanların daxil olduğunu xatırladıb.

“Rusiya hökumətinin gərginliyi artıracaq addım atdığını” vurğulayan Burger bu əsassız qərarın Almaniya hökumətini Rusiyada bütün sahələrdə əhəmiyyətli ixtisarlara getməyə məcbur etdiyini qeyd edib.

Almaniya hökumətinin Rusiyada minimum diplomatik varlığı saxlamağı hədəflədiyini ifadə edən Burger, Almaniyanın Rusiyadakı üç baş konsulluğunun noyabr ayının sonuna qədər bağlanacağına diqqət çəkib.

NOCOMMENT.AZ