Almaniya Rusiyanı vergi cənnəti hesab edilən ölkələr siyahısına daxil edib.
NOCOMMENT.az xəbər verir ki, maliyyə naziri Kristian Lindner və İqtisadiyyat Nazirliyinin rəhbəri Robert Habekin imzaladığı müvafiq sərəncam Almaniyanın Federal Qəzetində dərc olunub.
Sənəddə aydınlıq gətirilir ki, Rusiya dekabrın 20-dən Antiqua və Barbuda, Beliz və Seyşel adaları ilə birlikdə vergi məsələlərində əməkdaşlığa hazır olmayan ölkə hesab edilir.
2023-cü il fevralın 14-də Avropa İttifaqı Rusiyanı vergi cənnəti hesab etdiyi ölkələr siyahısına daxil edib . Daha sonra Aİ Şurasının bəyanatında Ukraynada hərbi əməliyyatların başlamasından sonra Rusiya Federasiyası ilə vergi məsələləri üzrə dialoqun dayandırıldığı izah edilib.