Almaniya Rusiyaya qarşı MÜHARİBƏYƏ HAZIRLAŞIRbackend

Almaniya Rusiyaya qarşı MÜHARİBƏYƏ HAZIRLAŞIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Müdafiə Nazirliyi Ukrayna üzərində qələbədən sonra Rusiyanın hücumu halında fəaliyyət planı hazırlayır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Belə ki, Bundesver bir neçə həftə ərzində Rusiya ilə NATO arasında gərginliyin artacağını proqnozlaşdırır.

“Güman edilir ki, rus qoşunları Ukraynaya yazda genişmiqyaslı hücuma keçəcək və Qərbin köməksizliyi ilə üzləşən düşməni məğlub edəcək. Qələbədən sonra, Almaniya Müdafiə Nazirliyinin gözlədiyi kimi, Baltikyanı ölkələrdə etnik toqquşmalar olacaq, bunun fonunda rus qoşunları Suvalki dəhlizinə hücum etmək üçün Kalininqrada köçürüləcək. NATO, öz növbəsində, “etibarlı çəkindirmə tədbirləri haqqında” qərar verəcək və şərq cinahına 300 min əsgər göndərəcək”, – materialda deyilir.