Şərqi Almaniyanın iki ştatında – Türingiya və Saksoniyada sentyabrın 1-də yerli parlamentlərə seçkilər keçiriləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bild məlumat yayıb.
“Almaniya üçün Alternativ” (AfD) və “Sarah Vaqenknext İttifaqı” (BSW) partiyaları hər iki ştatda populyardır. Bu partiyalar indiki hakimiyyətə müxalifətdədirlər, Rusiyanı dəstəkləyirlər və hələ Almaniyanın heç bir regionunun idarə olunmasında iştirak etmirlər.
BILD-in siyasi şərhçisi Peter Tidin qeyd etdiyi kimi, onların şərqdəki mövqeyi o qədər güclüdür ki, 1 sentyabr seçkilərindən sonra Saksoniya və Türingiyada hakimiyyətə gələ bilərlər. “Bu seçki Almaniyanı dəyişə bilər”, – deyə o vurğulayıb.