Almaniyada avqustun sonunda sənaye istehsalının həcmi əvvəlki ayla müqayisədə 2,9% artıb. Bu, 2021-ci ilin oktyabrından bəri rekord artımdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.
Bu rəqəmin proqnozlaşdırılandan xeyli yüksək olduğu ortaya çıxdı. Analitiklər orta hesabla 0,8% artım gözləyirdilər.
Almaniyada yayın son ayında avtomobil və avtomobil hissələrinin istehsalı əhəmiyyətli dərəcədə artıb – iyulda 8,2% azalmadan sonra aylıq 19,3%. İstehlak mallarının istehsalı isə dəyişməz qalıb.