Almaniya son 14 ildə rekord sayda iflasla üzləşibbackend

Almaniya son 14 ildə rekord sayda iflasla üzləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada 2024-cü ildə 196,1 min şirkət fəaliyyətini dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə Avropa İqtisadiyyatı üzrə Araşdırmalar Mərkəzi (ZEW) və Creditreform kredit şirkətinin birgə araşdırmasına istinadən məlumat yayıb.

İflasların sayı əvvəlki ilin göstəricilərini 16% üstələyib və 2011-ci ildən bəri ən yüksək göstərici olub. Müflisləşmə dalğasına enerji qiymətlərinin artması, sənaye istehsalının azalması və ixracın zəif bərpası səbəb olub.

Böhranın iqtisadiyyatın bütün əsas sektorlarına, xüsusən də bağlananların sayının 26% artdığı enerji tutumlu istehsala və 24% artımla yüksək texnologiya şirkətlərinə təsir etdiyi bildirilir. Bundan əlavə, 360-a yaxın müəssisənin iflasla üzləşdiyi kimya və əczaçılıq şirkətləri seqmentində antirekord yenilənib.