Olaf Şolz: Almaniya “Taurus” uzaqmənzilli raketlərini Ukraynaya ötürməyəcəkbackend

Olaf Şolz: Almaniya “Taurus” uzaqmənzilli raketlərini Ukraynaya ötürməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolz bildirib ki, Almaniya ABŞ-dan sonra Ukraynaya ən böyük silah tədarükçüsü olaraq qalacaq, lakin “Taurus” uzaqmənzilli qanadlı raketlərini Kiyevə ötürməyəcək.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci günündən sonra keçirilən brifinqdə bildirib.

“Almaniya Ukraynanın Avropada ən böyük dəstəkçisidir”, – deyə o vurğulayıb.

O xatırladıb ki, Almaniya Kiyevə ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür.

“Belə də qalacaq”, – deyə Almaniya kansleri qeyd edib.

“Lakin mən həmişə demişəm ki, Rusiya və Ukrayna arasında müharibənin Rusiya və NATO arasında müharibəyə çevrilməməsi üçün biz də tam məsuliyyət daşıyırıq. Bu mənim məsuliyyətim olaraq qalır”, – kansler vurğulayıb.