Ukrayna iki “Patriot” hava hücumundan müdafiə kompleksi üçün ilk buraxılış qurğularını alıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Londonda keçirilən Kiyevə hərbi yardım üzrə “Ramştayn” formatlı əlaqə qrupunun iclasında bildirib.
Nazirin sözlərinə görə, Berlin Ukraynanın müdafiə-sənaye kompleksini dəstəkləmək məqsədilə Kiyevdən uzaqmənzilli pilotsuz uçuş aparatları alacaq. Pistorius əlavə edib ki, Almaniya Ukrayna müdafiə müəssisələri ilə təxminən 300 milyon avro dəyərində müqavilələr imzalamağı planlaşdırır.