Almaniya Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli hücum imkanlarını dəstəkləmək məqsədilə yeni təşəbbüs başlatdığını və uzun məsafə qət edə bilən pilotsuz uçuş aparatlarının (PUA) istehsalına sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
“Almaniya yeni dərin zərbələr təşəbbüsünü başlatır və Ukrayna müdafiə sənayesi ilə birgə uzaqmənzilli PUA-ların alınmasını dəstəkləyəcək”, – deyə Pistorius mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, təşəbbüs çərçivəsində Almaniya Ukrayna müəssisələri ilə minlərlə PUA-nın tədarükünü əhatə edən bir sıra müqavilələr imzalayacaq. Müqavilələrin ümumi dəyəri 300 milyon avroya çatacaq.