Almaniyanın “Rheinmetall” korporasiyası Ukrayna ərazisində hərbi məqsədlər üçün istifadə olunacaq 4 ədəd zavodun inşasını davam etdirir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə korporasiyadan açıqlama verilib.
Qeyd olunub ki, ümumilikdə tikilməsi nəzərdə tutulan zavodlardan biri, hərbi təyinatlı nəqliyyat vasitələri istehsal edən müəssisə artıq fəaliyyətdədir.
İşə düşəcək müəssisələrdən sonuncusu isə hava hücumundan müdafiə sistemlərinin yaradılması ilə məşğul olacaq.