Almaniya Ukrayna hakimiyyətinə ardıcıl üçüncü olan daha bir IRIS-T SLM hava hücumundan müdafiə sistemi və onun üçün raketlər göndərib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin saytında dərc olunan və həftədə bir dəfə yenilənən siyahıda qeyd edilib.
Həmçinin siyahıda bir TRML-4D radarı, 5 min 155 mm-lik artilleriya mərmisi, səkkiz VEKTOR dron, bir neçə traktor, 20 min taktiki eynək var.
Almaniyadan Ukraynaya humanitar, maliyyə və hərbi yardımın ümumi həcmi son il yarım ərzində təxminən 24 milyard avro təşkil edib.