Almaniya Ukraynaya daha 20 BMP göndərdibackend

Almaniya Ukraynaya daha 20 BMP göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə Almaniya Ukraynaya daha 20 Marder piyada döyüş maşını (BMP) (cəmi 80) sursat, 2380 155 mm-lik artilleriya mərmisi və digər hərbi təyinatlı məhsullarla təhvil verib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında dərc olunan Kiyevə hərbi yardımın yenilənmiş siyahısından qeyd edilib.

Buraya, xüsusən, 2428 kriptofon, doqquz avtomobil, beş təcili tibbi yardım maşını, həmçinin iki tibbi yardım maşını və daha bir Wisent 1 zirehli maşını daxildir.

Çərşənbə axşamı Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə səfəri zamanı bildirib ki, Almaniya Kiyev hakimiyyətinə ümumi dəyəri 1,3 milyard avro olan yeni hərbi yardım paketi təqdim edəcək. sistemləri SLM, 60 müxtəlif tipli kəşfiyyat pilotsuz uçan aparatı, iyirmiyə yaxın radar, həmçinin 20 min 155 mm-lik artilleriya mərmisi.