Almaniya Ukraynaya daha iki “Patriot” HHM sistemi veribbackend

Almaniya Ukraynaya daha iki “Patriot” HHM sistemi verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya daha iki “Patriot” hava hücumundan müdafiə sistemi çatdırılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

Nazirlik qeyd edib ki, sistemlər Ukrayna şəhərlərini və ölkənin vacib infrastrukturunu qorumaq üçün istifadə olunacaq.

Ukrayna Müdafiə nazirinin sözlərinə görə, HHM sistemləri Almaniya hökuməti ilə razılaşmalar sayəsində əldə edilib.