Almaniya Ukraynaya “Patriot” müdafiə sistemini təslim etdibackend

Almaniya Ukraynaya “Patriot” müdafiə sistemini təslim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Ukraynaya vəd etdiyi “Patriot” hava hücumundan müdafiə sistemi və raketlərini çatdırdığını bildirib

NOCOMMENT.az xəbər verir ki, rəsmi saytda verilən məlumata görə hərbi yardım paketi çərçivəsində “Patriot” zenit-raket kompleksi və sursat Ukraynaya çatdırılıb.

Məlumata görə Almaniya həmçinin Ukraynaya 16 Zetros yük maşını və daha 2 sərhəd mühafizə maşını tədarük edib.

Qeyd edək ki, Almaniya hökuməti 2022-ci il yanvarın 1-dən 2023-cü il aprelin 17-dək Ukraynaya 2,7 milyard avro dəyərində silah və hərbi texnikanın göndərilməsinə icazə verib.

Xatırladaq ki, Almaniya 2023-cü il yanvarın 5-də Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi verəcəyini açıqlamışdır.

NOCOMMENT.AZ