Almaniya Ukraynaya zərbə PUA-larının istehsalı üçün milyonlarla avro ayıracaqbackend

Almaniya Ukraynaya zərbə PUA-larının istehsalı üçün milyonlarla avro ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya hökuməti Ukraynaya milyonlarla avro dəyərində zərbə məqsədli pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün maliyyə dəstəyi göstərəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Der Spiegel nəşri mənbələrə istinadən məlumat yayıb.

Söhbət təxminən 2000 kilometr məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malik uzaqmənzilli An-196 (“Lyutıy”) tipli PUA-ların istehsalından gedir. Nəşrin qeyd etdiyi kimi, Berlindən alınan dəstək sayəsində Kiyev yüzlərlə belə pilotsuz aparat istehsal edə biləcək.

Bildirilir ki, sövdələşmə “üç rəqəmli milyon” məbləğində olacaq.