Almaniya və Çexiya Aİ-ni Rusiya qaz və neftindən imtina etməyə çağırıbbackend

Almaniya və Çexiya Aİ-ni Rusiya qaz və neftindən imtina etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın İqtisadiyyat naziri Robert Habek və Çexiyanın ticarət naziri Yozef Sikela Belçikanın energetika naziri Tinne van der Stratenə məktub yazaraq, Avropa İttifaqını qaz, neft və nüvə materiallarının tədarükünün tamamilə aradan qaldırılması yollarını və vasitələrini hazırlamaq üçün işçi qrupu yaratmağa çağırıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Nazirlərin fikrincə, Avropa İttifaqı öz enerji suverenliyi və təhlükəsizliyi naminə Rusiyadan qaz, neft və radioaktiv materialların alışını sistemli şəkildə azaltmağa davam etməlidir.