Çikaqo Universitetinin politoloqu Con Mirşaymer bildirib ki, Almaniya və Böyük Britaniya Rusiya ilə hərbi münaqişəyə girməməlidir, çünki onların orduları acınacaqlı vəziyyətdədir.
NOCOMMENT.az xəbər verir ki, O, bu barədə Judging Freedom YouTube kanalına müsahibəsində danışıb.
Onun fikrincə, hər iki dövlət Ukrayna tərəfinə silah ötürməklə öz hərbi ehtiyatlarını tükəndirib. O vurğulayıb ki, Britaniya ordusunun sayı qarşıdurmaya girmək üçün çox kiçikdir. Politoloq hesab edir ki, London Almaniya ilə birləşsə belə, Rusiya Federasiyasına müqavimət göstərə bilməzdi.
Mirşaymer hesab edir ki, alman ordusu da “acınacaqlı vəziyyətdədir”.