Almaniya və İtaliya Aİ-nin İsrailə sanksiyalarına qarşı çıxıbbackend

Almaniya və İtaliya Aİ-nin İsrailə sanksiyalarına qarşı çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Qəzza zolağında humanitar vəziyyətlə əlaqədar İsrailə qarşı sanksiyaların tətbiqi barədə razılığa gələ bilməyib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.

Bildirilib ki, təşəbbüsün əngəllənməsində Almaniya və İtaliya mühüm rol oynayıb. Brüsseldə Daimi Nümayəndələr Komitəsində aparılan müzakirələr nəticəsiz başa çatıb.

Avropa Komissiyası ilk dəfə olaraq İsrailin Aİ ilə üçüncü ölkələr arasında elmi əməkdaşlığın əsas alətlərindən biri olan “Horizon Europe” tədqiqat proqramında iştirakının qismən dayandırılmasını təklif edib.

Bu, Qəzzada müharibənin başlanmasından bəri Brüsselin İsrailə qarşı atdığı ilk birbaşa addım olacaqdı. Lakin bir sıra üzv dövlətlərin buna razılıq verməməsi bu qərarın Aİ səviyyəsində qəbul edilməsini əngəlləyir.