Almaniya və İtaliyadan yeni qərar: Rus rublu ilə bağlı… – Sensasiyabackend

Almaniya və İtaliyadan yeni qərar: Rus rublu ilə bağlı… – Sensasiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya, Bolqarıstan və Polşa qazın pulunu rublla ödəməkdən imtina edib, nəticədə Rusiya qazının bu ölkələrə nəqli dayandırılıb. Lakin heç də bütün dövlətlər Rusiyadan qazdan imtina etməyə hazır deyil.

NOCOMMENT.az teleqraf.com-a istinadən xəbər verir ki, Almaniya və İtaliya şirkətlərinə Rusiyaya qarşı sanksiyaları pozmadan Rusiya qazını almağa davam etmək üçün rublla hesab açmağa icazə verib. Ölkələr belə bir açıqlamanı Avropa İttifaqı ilə danışıqlardan sonra veriblər.

“Röyter” agentliyi öz mənbələri əsasında bu məlumatı təsdiqləyib.

“Rusiyanın xarici alıcıların qazın pulunu rublla ödəməsi tələbi ətrafında müzakirələr Avropa ölkələri hökumətlərinin Ukraynadakı müharibə ilə bağlı Moskvaya qarşı sərt mövqe nümayiş etdirmək əzminin sınağı olub”, – agentlik yazır.

İki mənbənin məlumatına görə, Almaniya hökuməti Avropa Komissiyası ilə danışıqlardan sonra alman idxalçılarına bildirib ki, “Qazprombank”a etdikləri ödənişləri sanksiyaları pozmadan Rusiya qazı üçün ödəniş etmək üçün rubl hesabları aça bilərlər.

“Mənbələr bildiriblər ki, regionda Rusiya qazının ən böyük idxalçısı olan Almaniya bu məsələdə ardıcıl olaraq Aİ ilə sıx koordinasiyada hərəkət edib”, – Röyter əlavə edib.

Nəşrin yazdığına görə, İtaliya hökuməti Avropa Komissiyası ilə də danışıb və Rusiya qazının qanuni yolla necə alınması ilə bağlı aydınlıq gətirilib:

“Bu, İtaliyanın enerji şirkəti Eni çərşənbə axşamı biri avro və digəri rublla iki hesabın açılması prosesinə başladığını elan etməzdən əvvəl baş verib”.

Keçən həftə İtaliyanın baş naziri Mario Draqi demişdi ki, rublla qaz ödənişlərinin qanuniliyi məsələsi “boz sahə”dir. O, ölkəsinin hələ də Rusiya valyutasında hesab aça biləcəyi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.