Almaniya vətəndaşlığını qəbul edən əcnəbilərin sayı rekord həddə çatıbbackend

Almaniya vətəndaşlığını qəbul edən əcnəbilərin sayı rekord həddə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə Almaniya vətəndaşlığını qəbul edən əcnəbilərin sayı rekord həddə çatıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Welt” qəzeti Almaniyanın federal əyalətlərinin hökumət orqanlarına istinadən məlumat verib.

Mənbənin sözlərinə görə, buna səbəb vətəndaşlıq prosedurunu sadələşdirən qanunvericiliyin yumşaldılması olub.

Qeyd olunur ki, ötən il 250 minə yaxın şəxs alman pasportu alıb. 2023-cü ildə vətəndaşlıq alanların ümumi sayı təxminən 200 min nəfər idi.