Almaniya XİN başçısı: “Rusiya Avropanın təhlükəsizliyinə təhdid yaradır”backend

Almaniya XİN başçısı: “Rusiya Avropanın təhlükəsizliyinə təhdid yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanı yaxın gələcəkdə Avropa təhlükəsizliyinə ən böyük təhdid adlandıraraq, mövcud dünya nizamının qorunmasına və Ukraynaya dəstəyin artırılmasına çağırıb.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini “Bild in Russian” Telegram kanalı sitat gətirir.

“Biz Avropamızı, yəni Avropamızın hər kvadrat santimetrini və azadlığımızı müdafiə edəcəyik”, – deyə o vurğulayıb.

Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, qitənin müdafiə siyasəti Moskvanın onun təhlükəsizliyinə təhdid yaratdığı iddia edilən “reallığa incə şəkildə uyğunlaşdırılmalıdır”. Onun sözlərinə görə, Almaniya Avropa İttifaqının ən böyük ölkəsi kimi bu məsələdə xüsusi məsuliyyət daşıyır.