Almaniyanın xarici işlər naziri Annalena Baerbok bəyan edib ki, İsrail və HƏMAS arasında toqquşmalar üçün 4 günlük müvəqqəti atəşkəs mümkün qədər uzun sürməlidir.
NOCOMMENT.az xəbər verir ki, İspaniyanın Barselona şəhərində keçirilən Aralıq Dənizi İttifaqının (UIA) 8-ci Regional Forumunda iştirak edən Baerbock bu barədə sosial media hesabında paylaşım edib.
“Əsirlərin azad edilməsi və Qəzzadakı insanlara yardımın çatdırılması üçün bu mümkün olduğu qədər uzun sürməlidir. Əsas sual budur: Necə?”
Baerbok qeyd edib ki, fələstinlilər təhlükəsizlik şəraitində yaşadıqları zaman israillilər də təhlükəsizlik şəraitində yaşaya bilərlər.