Almaniya yüzlərlə həmyerlimizin sığınacaq müraciətini rədd edibbackend

Almaniya yüzlərlə həmyerlimizin sığınacaq müraciətini rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Federativ Respublikası bu ilin son 8 ayı ərzində 353 Azərbaycan Respublikası vətəndaşının sığınacaq müraciətinə rədd cavabı verib.

NOCOMMENT xəbər verir ki, bu barədə report-un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildiriblər.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşlarının son 8 ayda daxil olan müraciətlərinin sayı 636-dır. Onlardan yalnız biri sığınacaq hüququ olan şəxs kimi tanınıb.

Məlumata görə, bu dövrdə 24 nəfərə qaçqın, 13 nəfərə isə köməkçi qoruma statusu verilib, 6 nəfərin ölkədən deportasiyası qadağan olunub.

Səkkiz ay ərzində işinə baxılanlardan yalınız 6,9%-i ümumi müdafiə dərəcəsinə daxil olub, 239 Azərbaycan Respublikası vətəndaşının müraciətinə “işin digər qaydada aparılması” qərarı verilib.

Məlumat üçün bildirək ki, ötən ay ümumilikdə 11 847 əcnəbi Almaniyadan sığınacaq istəyib.