Almaniya zəlzələ qurbanları üçün viza prosesini asanlaşdıracaqbackend

Almaniya zəlzələ qurbanları üçün viza prosesini asanlaşdıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Türkiyə və Suriyadakı zəlzələ qurbanlarının yaxınlarını müvəqqəti olaraq ölkəyə gətirmək istəyənlər üçün viza prosesini asanlaşdırmağı planlaşdırır. 

NOCOMMENT.az xəbər verir ki, zəlzələdən zərərçəkənlərə veriləcək viza üç ay müddətində qüvvədə olacaq.

Xarici İşlər Naziri Annalena Baerbok “Twitter” hesabından verdiyi açıqlamada, bu ölkələrdə zəlzələdən zərər çəkmiş qohumları olanların evlərini itirmiş və ya tibbi dəstəyə ehtiyacı olan zəlzələdən sağ qalanları müvəqqəti olaraq yanlarına aparmağa icazə verəcəklərini açıqlayıb.

Nazir “viza prosesini bürokratik baxımdan mümkün qədər asanlaşdırmağı” hədəflədiklərini və bu məqsədlə komandanın yaradıldığını bildirib. Baerbok Almaniyanın Türkiyədəki xarici səfirliklərində personalın sayının artırıldığını və kadrların dəyişdirildiyini yazıb.

Viza şərtləri ilə bağlı təfərrüatlar hələlik məlum deyil.

NOCOMMENT.AZ