Almaniyada Azərbaycan vətəndaşları barədə deportasiya qərarı verilibbackend

Almaniyada Azərbaycan vətəndaşları barədə deportasiya qərarı verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk yarısında Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədə (BAMF) Azərbaycan Respublikası vətəndaşlarına sığınacaq verilməsi prosedurları ilə bağlı 422 qərar qəbul edib.

NOCOMMENT xəbər verir ki, Federal İdarədən report-a bildirilib ki, baxılan işlərdən 39-u barədə mühafizə statusu verilib, 156 işlə bağlı isə qərar mənfi olub. Həmin şəxslərlə bağlı yerli idarə məhkəmələri deportasiya qərarı çıxarıb.

“Dublin prosedur”na görə, ilk viza aldığı Avropa ölkəsinə göndərilmə və ya könüllü qayıdışla bağlı qərarların sayı isə 227 olub.

BAMF-dən bildirilib ki, bu ilin ilk altı ayında federal idarəyə ümumi müracitələrin sayı 97 249 olub.