Almaniyada azərbaycanlı gənci vəhşicəsinə döyüb öldürdülər – FOTObackend

Almaniyada azərbaycanlı gənci vəhşicəsinə döyüb öldürdülər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın paytaxtı Berlin şəhərində azərbaycanlı gənc vəhşicəsinə qətlə yetirilib.

NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki,əslən Mingəçevirdən olan Əhliman adlı şəxsi 4 nəfər Moldava vətəndaşı döyüb, ağır xəsarətlər yetiriblər.

Məlumata görə, hadisə restoranların birində baş verib. Moldovalılar restoranda istirahət edən türk vətəndaşına rusça ağır söyüşlər söyüblər. Əhliman rusça bildiyindən məsələyə müdaxilə edib və təhqirləri dayandırmağı tələb edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Hadisə şahidlərinin sözlərinə görə, 4 nəfər əlbəyaxa onu döyə bilməyib, sonradan dəmir parçayla başına arxadan zərbələr endiriblər. Həmyerlimiz xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxslərdən ikisinin saxlanıldığı bildirilir.

Hazırda Əhlimanın nəşinin Azərbaycana göndərilməsilə bağlı işlər aparılır.