Almaniyada cinayət törətmiş əcnəbilərlə bağlı qanun layihəsi qəbul edilibbackend

Almaniyada cinayət törətmiş əcnəbilərlə bağlı qanun layihəsi qəbul edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada hökumət cinayət törətmiş əcnəbilərin deportasiyasını sürətləndirmək üçün qanun layihəsini qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, Daxili İşlər Naziri Nensi Faiser tərəfindən hazırlanan qanun layihəsi Nazirlər Şurası tərəfindən qəbul edilib. Nensi Faiser Nazirliyin internet saytında verdiyi açıqlamada internet üzərindən törədilən nifrət cinayətlərinə qarşı sərt tədbirlər gördüklərini ifadə edərək, “Almaniya vətəndaşı olmayan və burada terror aktlarını tərifləyən hər kəs deportasiya edilməlidir”, – deyə qeyd edib.

Buna uyğun olaraq, ağır cinayət törədənlərlə yanaşı, sosial şəbəkələrdə terroru tərifləyən məzmun hazırlayıb yayanlar və bu cür məzmunu “like” edənlər də təqsirli sayılacaq və deportasiya oluna bilərlər.