Almaniyada dəmiryol işçilərinin tətili ləğv edildibackend

Almaniyada dəmiryol işçilərinin tətili ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada yüksək inflyasiyaya qarşı işəgötürənləri daha yaxşı maaş almağa məcbur etmək üçün 14-16 may tarixlərində planlaşdırılan dəmiryol işçilərinin 50 saatlıq işi dayandırma tətili ləğv edilib.

NOCOMMENT.az xəbər verir ki, Almaniyanın ictimai dəmir yolu şirkəti Deutsche Bahn (DB) tərəfindən edilən açıqlamada Dəmiryolu İşçiləri Həmkarlar İttifaqının (EVG) 50 saatlıq xəbərdarlıq tətilinin qarşısı son anda alındığı bildirilib.

Açıqlamada, DB və EVG-nin Frankfurt Əmək Məhkəməsində uzlaşdığı bildirilib.

Bəyanatda tərəflərin tezliklə nəticəyə gəlmək məqsədi ilə tez və konstruktiv danışıqlar aparmaq barədə razılığa gəldikləri bildirilib.

Sərnişinlərə bu xoş xəbərə baxmayaraq, yaxın bir neçə gün ərzində şəhərlərarası və yerli qatarların hərəkətində məhdudiyyətlərin olacağı barədə xəbərdarlıq edilib.

NOCOMMENT.AZ