Almaniyada hökumətdən məmnunluq rekord dərəcədə azaldıbackend

Almaniyada hökumətdən məmnunluq rekord dərəcədə azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada hökumətdən razı olanların nisbətində rekord azalma olduğu və hər beş nəfərdən yalnız birinin özünü məmnun hiss etdiyi bildirilir.

NOCOMMENT.az xəbər verir ki, sorğunun nəticələrinə görə, əhalinin 79 faizi federal hökumətin işindən narazıdır.

ARD ictimai yayımının sorğusuna görə, əsas müxalif Xristian Sosial Birlik Partiyaları (CDU-CSU) 29 faiz, koalisiya hökumətini quran Sosial Demokrat Partiyası 18 faiz, Yaşıllar 15 faiz, Azad Demokrat Partiyası (FDP) isə 7 faiz səsə malikdir.

Anketdə ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) 18 faizlə ölkənin üçüncü ən böyük partiyası olduğu diqqətə çatdırılıb.

NOCOMMENT.AZ