Almaniyada “Mercedes” zavoduna hücumbackend

Almaniyada “Mercedes” zavoduna hücum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Baden-Vürtemberq əyalətinin Sindelfingen şəhərində “Mercedes” zavoduna silahlı hücum nəticəsində iki nəfər ölüb.

NOCOMMENT xəbər verir ki, hücum edən şəxs nəzarətə alınıb, hadisə ilə bağlı istintaq davam edir.
Almaniyanın Baden-Vürtemberq əyalətində, Ştutqartdan 15 kilometr cənub-qərbdə yerləşən Sindelfingendə yerləşən “Mercedes” zavodundan yerli vaxtla saat 07:45 radələrində atəş səsləri eşidilib.
Lüdviqsburq polisindən verilən açıqlamada fabrik binasında açılan atəş nəticəsində 2 nəfərin öldüyü açıqlanıb.