Almaniya Xristian Demokrat İttifaqı və Bavariya Xristian Sosial İttifaqının (CDU/SDU) mühafizəkar bloku, Almaniya Sosial Demokrat Partiyası və Yaşıllar növbədənkənar parlament seçkilərinin fevralın 23-nə təyin edilməsi ilə bağlı razılığa gəliblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti CDU/SDU-dakı mənbələrə istinadən məlumat yayıb.
Almaniya kansleri Olaf Şolz dekabrın 16-da Bundestaqda hökumətə etimad səsverməsi keçirmək niyyətindədir.
Qeyd edək ki, yeni seçkilər parlamentin buraxılmasından sonra 60 gün ərzində keçirilməlidir.