Almaniyada partlayış: Yaralananlar varbackend

Almaniyada partlayış: Yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Ratingen şəhərində yaşayış binasında partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə yerinə gedən xilasetmə və polis qruplarından 12 nəfər yaralanıb.

Almaniyanın Ratingen şəhərindəki bir mənzildən kömək üçün müraciət daxil olduqdan sonra hadisə yerinə çoxlu sayda yanğınsöndürən və polis qrupları göndərilib.

Məlumatın gəldiyi mənzilə qruplar daxil olarkən partlayış baş verib. Nəticədə 10 yanğınsöndürən və 2 polis əməkdaşı yaralanıb.

Almaniya mətbuatının məlumatına görə, partlayış baş verən mənzildə qadının cansız cəsədi tapılıb.

Hadisə ilə bağlı bir nəfər saxlanılıb. İstintaq davam edir.

NOCOMMENT.AZ