Almaniyada qaçqın düşərgəsindən qaçan azərbaycanlılar saxlanılıblarbackend

Almaniyada qaçqın düşərgəsindən qaçan azərbaycanlılar saxlanılıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada sığınacaq axtaranların yaşadığı düşərgədən qaçan Azərbaycan vətəndaşları saxlanılıblar.

NOCOMMENT Avropa mediasına istinadən xəbər verir ki, hadisə Bavariya əyalətinin Deggendorf şəhərində yerləşən qaçqın kamplarının birində qeydə alınıb.

Belə ki, 32, 48, 53 yaşlarındakı Azərbaycan vətəndaşları gecə saatlarında yaşadıqları düşərgədən qaçıblar. Mühafizəçilər bu barədə polisə məlumat verib. Deggendorf polisi qaçan şəxsləri şəhər vağzalındakı qatar platformasında saxlaya bilib. Onlar polisə ilkin ifadələrində bildiriblər ki, sentyabrın 3-də nəzərdə tutulan deportasiyada onların da adları var. Bu səbəbdən deportasiyadan yayınmaq üçün Almaniyanı tərk edərək Fransaya getmək qərarına gəliblər.

Polis əməkdaşları daha sonra saxlanılan azərbaycanlıları Deggendorf şəhər Miqrasiya Xidmətinin əməkdaşlarına təhvil veriblər. Onlar yenidən yaşadıqları kampa gətiriliblər.

Qeyd edək ki, artıq bir neçə gündür Münhen və Düsseldorf şəhərindən 200-ə yaxın sığınacaq axtaran şəxsin deportasiya ediləcəyi ilə bağlı xəbərlər yayılıb. Onların arasında 2015-2019-cu illər arasında Almaniyaya gedərək bu ölkədən sığıncaq istəyən Azərbaycan vətəndaşları da var.