Almaniyada Türingiyadakı ticarət mərkəzində qıcıqlandırıcı maddənin püskürdülməsi nəticəsində 11 nəfər xəsarət alıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, polis və yanğınsöndürənlər hadisə yerinə cəlb olunub.
11 zərərçəkəndən 9-u xəstəxanaya yerləşdirilib.
Qıcıqlandırıcı maddə püskürdən şəxs hadisə yerindən qaçıb.