Almaniyanın Saksoniya əyalətində hər il keçirilən Highfield musiqi festivalı zamanı ərazidə olan “şeytan çarxı”nda yanğın baş verib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Hadisə nəticədə 30-dan çox şəxs xəsarət alıb.
“Hazırda dördü polis olmaqla 30-dan çox şəxsin yaralandığı məlum olsa da, onların hamısının yüngül xəsarətlər aldığı güman edilir”, – nəşr qeyd edir.