Almaniyada sığınacaq üçün müraciət edənlərin sayı artdıbackend

Almaniyada sığınacaq üçün müraciət edənlərin sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Almaniyada yanvar-noyabr aylarında 325 mindən çox insan sığınacaq üçün müraciət edib. Bu barədə Miqrasiya və Qaçqınlar üzrə İdarədən (BAMF) məlumat verilib.

Departamentin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında Almaniyaya sığınacaq üçün 325 801 nəfər müraciət edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 60,3% çoxdur.

Qeyd olunur ki, hazırda 242185 müraciət üzrə qərar qəbul edilib ki, onların da əksəriyyəti Suriya (97,2 min), Türkiyə (56,7 min), Əfqanıstan (50,3 min), İraq (11,5 min), İran (9,7 min)  , Gürcüstan (8,9 min) və Rusiya (8,4 min) vətəndaşlarından olub.