Almaniyada son illərin ən böyük tətili: Nəqliyyat dayandı, stansiyalar boşaldıbackend

Almaniyada son illərin ən böyük tətili: Nəqliyyat dayandı, stansiyalar boşaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada nəqliyyat sektorunda çalışan yüz minlərlə dövlət işçisi ölkənin iki ən böyük həmkarlar ittifaqının çağırışı ilə 24 saatlıq xəbərdarlıq tətilinə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, tətil səbəbindən ictimai nəqliyyat demək olar ki, tamamilə dayanıb

Tətildən şəhər və şəhərlərarası avtobus, qatar və metro ilə yanaşı, hava və dəniz nəqliyyatı da təsirlənir.

Münhen və Frankfurt kimi böyük hava limanlarında uçuşlar təxirə salınıb.

Məlumata görə Almaniyanın milli dəmir yolu şirkəti Deutsche Bahn-ın uzun məsafəli qatar reysləri də ləğv edilib.

Qeyd edək ki, BBC Türkcədə yer alan xəbərə görə, həmkarlar ittifaqları ərzaq və enerji qiymətlərinin artması səbəbindən üzvlərinə 10 faizdən çox maaş artımı tələb edir.

NOCOMMENT.AZ