Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra ukraynalı qaçqınlar üçün administrasiya yaratmaq qərarına gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, administrasiya Ukraynadan olan qaçqınlar işə düzəlməyə və ya vətənlərinə qayıtmağa başlayanda onların məsələlərini koordinasiya edəcək.
“Alman hakimiyyəti bir neçə ildir ölkədə yaşayan ukraynalıların iş axtarması və Almaniyanın dilini və mədəniyyətini öyrənməsi ideyasını dəstəkləyir”, – deyə o vurğulayıb.