Almaniyada yüzlərlə reys ləğv edildibackend

Almaniyada yüzlərlə reys ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Köln, Düsseldorf, Ştutqart və Karlsrue hava limanlarında işçilərin xəbərdarlıq tətili səbəbilə yüzlərlə aviareys təxirə salınıb.

NOCOMMENT.az xəbər verir ki, hava limanlarında çalışan işçilər maaşlarının artırılmasını tələb edərək bir günlük işi dayandırıblar.

Almaniya Hava Limanları Assosiasiyası (ADV) hava limanlarında iş dayanması səbəbindən 583 reysin ləğv edildiyini və 76 mindən çox sərnişinin bundan təsirləndiyini açıqlayıb.

Almaniyanın ən böyük hava limanlarından biri olan Köln Bonn və Düsseldorfda xəbərdarlıq tətilinin gecə yarısına qədər, bəzi uçuşlarda isə sabah səhər saat 07.00-a qədər davam edəcəyi bildirilib.

Düsseldorf hava limanında planlaşdırılan 391 uçuş və enişdən 264-nün, Köln Bonn hava limanında isə 100 uçuşun ləğv edildiyi paylaşılıb.

NOCOMMENT.AZ