Almaniya Xarici İşlər Nazirliyi qeyri-qanuni yəhudilərin İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılığını pisləyib və İsrail hökumətini tədbir görməyə çağırıb.
NOCOMMENT.az xəbər verir ki, Nazirliyin mətbuat katibi Sebastyan Fişer paytaxt Berlində Almaniyanın İsrailin HƏMAS-a qarşı özünü müdafiə etmək hüququnu dəstəklədiyini, lakin İsrailin də ekstremist məskunlaşanların zorakılığına müqavimət göstərməli olduğunu bildirib.
İşğal altındakı İordan çayının qərb sahilindəki zorakılığa diqqət çəkən Fişer, “Məskunlaşanların Fələstin icmalarına qarşı hücumlarını və şiddətini birmənalı şəkildə qınayırıq”,- dedi.