Almaniyadakı türklər seçkinin ikinci turunda uzun növbələr yaradıblarbackend

Almaniyadakı türklər seçkinin ikinci turunda uzun növbələr yaradıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Köln və Frankfurt şəhərlərində Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turuna səs vermək istəyən seçicilər uzun növbələr yaradıblar.

NOCOMMENT xəbər verir ki, Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində xarici seçici siyahılarında qeyd olunan seçicilərin bu gün başladığı səsvermə prosesi davam edir. Xaricdə ən çox seçicinin olduğu Almaniyada yerli vaxtla saat 08:00-dan etibarən Türkiyə vətəndaşları baş konsulluqda seçkiyə getməyə başlayıb. Köln və ətrafında yaşayan seçicilər səs vermək üçün Türkiyənin Kölndəki Baş Konsulluğu qarşısında uzun növbə yaradıblar. Təhlükəsizlik yoxlamasından keçən seçicilər konsulluqda qurulmuş 12 seçki qutusunda səs veriblər.

Türkiyənin Frankfurtdakı Baş Konsulluğunda 15 seçki qutusu qurulub. Seçicilər səhər saatlarından növbəyə duraraq uzun növbə yaradıblar. Türkiyənin Frankfurtdakı baş konsulu Erdem Tunçer verdiyi müsahibədə “Vətəndaşlarımızın böyük marağı və iştirakı var, səhər saatlarından etibarən Baş Konsulluğumuzun qarşısında gözləyirlər” dedi.

Səsvermə çərşənbə günü saat 22:00-dək, saat 08.00-22.00 kimi davam edəcək. Bütün vətəndaşlarımızı Baş Konsulluğumuza səs verməyə dəvət edirik ki, bu da onların ən demokratik və əsas hüququdur.