Almaniyadan Covid-19 qərarı: Təzminat ödəyəcəklərbackend

Almaniyadan Covid-19 qərarı: Təzminat ödəyəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada Covid-19 peyvəndlərinin yaratdığı ağır yan təsirlərə görə məhkəməyə müraciət edən 301 nəfərə təzminat ödənilməsinə qərar verilib.

NOCOMMENT.az xəbər verir ki, bu şəxslərin ayda 164-854 avro arasında ömürlük əsas pensiya almaq hüququ var.

Dövlət administrasiyalarının səlahiyyətli qurumlarının verdiyi açıqlamalar və əyalət məclislərində verilən parlament sualları nəticəsində əldə edilən rəqəmlər Almaniya mətbuatında geniş işıqlandırılıb.

Mart ayı etibarilə 6 min 977 nəfərin müraciət etdiyi, lakin təxminən 2 min 300 nəfərin rədd edildiyi bildirilib.

Müraciətlərdən yalnız 301-nin qəbul edildiyi, qalan hissənin isə üzərində iş aparıldığı açıqlanıb.

NOCOMMENT.AZ