Almaniya Konstitusiya Məhkəməsi (AYM) Berlin əyalətində dərslərə gedən qadın müəllimlərin ümumiyyətlə hicab taxmasının qadağan edilib-edilməməsi ilə bağlı qərarını açıqlayıb.
NOCOMMENT xəbər verir ki, Almaniyada hicabına görə dövlət məktəbində işləməyən bir qadının açdığı işə 2000-ci ildə Federal Əmək Məhkəməsində baxıldı və məhkəmə hicab qadağasının yalnız “konkret təhlükə yaratması” şərtilə söz mövzusu ola biləcəyinə qərar verdi.
2015-ci ildə analoji məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin qərarına toxunan Federal Əmək Məhkəməsi də iddiaçı qadına 5 min avrodan çox təzminat ödəməyə qərar verib. Bu qərardan sonra Berlin əyalət hökuməti Konstitusiya Məhkəməsinə müraciət edib.
Konstitusiya Məhkəməsi dünən verdiyi qərarla əyalət hökumətinin etirazını rədd edib.