Almaniyadan Ukraynaya 12 milyard avro hərbi dəstəkbackend

Almaniyadan Ukraynaya 12 milyard avro hərbi dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Ukraynaya hərbi dəstəyi davam edir.

NOCOMMENT.az xəbər verir ki, Almaniya Bundestaqının Büdcə Komitəsi Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin tələb etdiyi büdcədənkənar xərclərə yaşıl işıq yandırdıqdan sonra Almaniya Ukraynaya əlavə olaraq 12 milyard avro hərbi dəstək verəcək.

Dəstəyin 3,2 milyard avrosu bu il, 8,8 milyard avrosu isə 2024-2032-ci illər arasında veriləcək.

Koalisiya hökumətini təmsil edən üç siyasətçi verdiyi açıqlamada sözügedən dəstəklə Ukraynanın birbaşa silah ala biləcəyini bildirib və “Ukraynaya lazım olduğu qədər dəstək vermək vacibdir” deyib.

NOCOMMENT.AZ