Almaniyadan Ukraynaya 2,7 milyard avro dəyərində silah və sursatbackend

Almaniyadan Ukraynaya 2,7 milyard avro dəyərində silah və sursat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya hökumətinin Ukrayna prezidenti Vladimir Zelenskinin mümkün səfərindən əvvəl Ukraynaya 2,7 milyard avro dəyərində yeni silah və sursat göndərəcəyi bildirilir.

NOCOMMENT xəbər verir ki, Almaniyanın əlavə olaraq 20 Marder tipli zirehli döyüş maşını, 30 Leopard-1 döyüş tankı və 4 İris-T-SLM hava təmin edəcəyi bildirilir.

Ukraynaya veriləcək 2,7 milyard avro dəyərində silah və sursatın Almaniyanın Rusiya-Ukrayna müharibəsi başlayandan bəri verdiyi ən böyük dəstək olacağı bildirilib. Almaniya bu günə qədər 2,75 milyard avroluq silah dəstəyi verib.

Göndəriləcək hərbi ləvazimatların ölkəsinin dəstək verməkdə ciddi olduğunu bir daha göstərdiyini vurğulayan müdafiə naziri Boris Pistorius, “Hər kəs Rusiyanın Ukrayna xalqına qarşı beynəlxalq hüquqa zidd olaraq apardığı dəhşətli müharibənin bir an əvvəl bitməsini istəyir. Təəssüf ki, bu hələ görünmür. Buna görə də Almaniya nə qədər lazım olursa olsun, nə qədər vaxt lazımdırsa, kömək etmək üçün əlindən gələni edəcək”.

Almaniya indiyədək Ukraynaya 18 Leopard-2 tankı, 40 Marder tipli zirehli döyüş maşını, 34 Gepard zenit tankı, 2 zirehli xilasetmə maşını, 2 Wisent minadan təmizləmə tankı, 2 İris hava hücumundan müdafiə sistemi və Patriot hava hücumundan müdafiə sistemi göndərib.

Bunlardan başqa 18 təkərli haubitsa, artilleriya sursatları, hava hücumundan müdafiə sistemləri üçün idarə olunan raketlər, hava hücumundan müdafiə üçün 4 “İris” atəş bölməsi və 12 “İris” buraxılış qurğusu çatdırılıb.