Almaniyadan Ukraynaya “Leopard” göndərmə qərarıbackend

Almaniyadan Ukraynaya “Leopard” göndərmə qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Berlin hökuməti Ukraynaya Almaniya istehsalı olan 14 Leopard 2 tankının göndərilməsinə qərar verdi və üçüncü ölkələrdən alman tanklarının göndərilməsinə icazə verdi.

NOCOMMENT.az xəbər verir ki, qərarı Almaniya kansleri Olaf Şolz açıqlayıb.

Kremlin sözçüsü Dmitriy Peskov dünən verdiyi açıqlamada “Leopard” tankının Ukraynaya göndərilməsinin Almaniya ilə münasibətlərə mənfi təsir göstərəcəyini bəyan edib.

“Belə bir göndəriş Rusiya-Almaniya münasibətlərinin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Şübhəsiz ki, bu vəziyyət münasibətlərin gələcəyində qaçılmaz iz buraxır” deyə o qeyd edib.