Almaniyalı futbolçulardan qəribə ETİRAZbackend

Almaniyalı futbolçulardan qəribə ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə dünya çempionatının E qrupunda Yaponiya ilə oyundan əvvəl alman futbolçular komanda şəkli çəkdirərkən əlləri ilə ağızlarını bağlayıblar.

NOCOMMENT “Reuters”ə istinadla xəbər verir ki, futbolçular bu hərəkətlə FİFA-ya etiraz ediblər.

Qeyd edək ki, FIFA-nın “OneLove” sarğı ilə bağlı sanksiya hədəsi ilə bağlı mübahisələr davam edir.

Dünya futbol qurumu FİFA-nın yeddi Avropa komandasını müxtəliflik və tolerantlığı simvolizə edən sarğı taxdıqları təqdirdə sanksiya ilə hədələdikdən sonra bütün almaniyalı oyunçular oyun başlamazdan əvvəl meydanda onlarla fotoqrafın qarşısında bu cür etiraz ediblər.

Xatırladaq ki, dünya kubokuna ev sahibliyi etdiyi Qətərdə homoseksuallıq qadağandır.