Almaniyalı müxbir hərbi yaşda olan qaçqınları Ukraynaya qaytarmağa çağırıbbackend

Almaniyalı müxbir hərbi yaşda olan qaçqınları Ukraynaya qaytarmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi yaşda olan ukraynalıların vətənlərinə qaytarılması Almaniyanın maraqlarına uyğundur.

NOCOMMENT.az xəbər verir ki, Bu fikri “Focus” jurnalının müxbiri Ulrix Reitz bildirib.

Onun sözlərinə görə, Almaniyaya gələn ukraynalılar üçün inteqrasiya kursları nəticə verməyib, çünki qaçqınların yarıdan çoxu dil imtahanından minimum səviyyəyə keçə bilməyib.

Bundan əlavə, Ukraynadan olan immiqrantlar Almaniyada digər Avropa ölkələrinə nisbətən daha az işləyir və onlar sosial müavinətlərdə “daha çox ilişib qalırlar”.

Reitz hesab edir ki, hadisələrin bu cür inkişafı Almaniya hakimiyyətinə ukraynalılara münasibətinə yenidən baxmaq və çağırışçıları vətənlərinə göndərmək zərurətindən xəbər verir.